Rauf Hüseynov: “Təmiz Kənd” konsepsiyasının tətbiqi üçün bələdiyyə ərazisində İntelektual İdarətmə Mərkəzinin yaradılması nəzərdə tutulub”
Rauf Hüseynov: “Təmiz Kənd” konsepsiyasının tətbiqi üçün bələdiyyə ərazisində İntelektual İdarətmə Mərkəzinin yaradılması nəzərdə tutulub”
“Quba
rayonu Tüləkəran bələdiyyəsi tərəfindən bələdiyyənin inzibati ərazisinə
daxil olan Tülər və Gültəpə kəndlərinin sərhədində Böyük Sürü çayının sahilində
təmizlik işləri aparılıb”-
bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov
deyib.
Sədr
deyib ki, sakinlərin öz mal-qara və təsərrüfatlarını suvarmaq üçün istifadə
etdikləri çayın mühafizə zolağına atılmış məişət tullantıları və tikinti
materialları xüsusi texnika və maşınlarla ərazidın uzaqlaşdırılmışdır. Sakinlərin
daimi istifadə etdikləri su hövzələrinin tullantılarla çirkəndirilmələri təəsüf
hissi doğurur. Bu və bu kimi halların qarşısının alınması üçün xüsusi fəaliyyət
planı hazırlanır. Yaxın aylarda bu məqsədlə “Təmiz Kənd” konsepsiyasının işlənilib
tətbiqi üçün bələdiyyənin xüsusi strukturunun – “Xidmət mmc” sinin, kənddaxili və
magistral yollara nəzarət mexanizminin təkmilləşdirlməsi üçün İntelektual İdarətmə
Mərkəzinin yaradılması nəzərdə tutulub. Hazırda yaradılacaq tabeli təşkilatların
hüquqi statusu və
nizamnaməsinin aidiyyatı dövlət
strukturlarlında qeydiyyatı və digər hüquqi prosedurlar həyata keçirilir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/