BƏLƏDİYYƏ

Bəylər Həsənov: “Büdcə gəlirlərində 31.5 faizlik artımın əldə olunmasını uğurun başlanğıcı hesab etmək olar”

Bəylər Həsənov: “Büdcə gəlirlərində 31.5 faizlik artımın əldə olunmasını uğurun başlanğıcı hesab etmək olar”

“Bu
gün Binəqədi qəsəbə bələdiyyəsi mütəmadi olaraq sakinlərlə görüşlər keçirir və
bələdiyyənin həyata keçirmək niyyətində olduğu layihələr barəsində  seçicilərə məlumatlar verir, habelə vergiləri
vaxtında ödənilməsinin əhəmiyyətindən danışılır”- bu fikirləri Binəqədi rayonu
Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov bildirib.

Sədr
bildirib ki, sakinlərlə, seçicilərimizlə mütəmadi olaraq görüşlərin keçirilməsində
digər bir məqsəd əvvəlki illərdə bələdiyyə haqqında yaranmış neqativi aradan
qaldırmaqla, sakinlərin bələdiyyəyə etibar və inamını qaytarmaqdır.

Hazırda
bələdiyyənin vergi xidməti orqanı yenidən təşkil edilmiş, vergi uçot-sistemi ən
müasir standartlara uyğun təşkil edilir. Bu gün məhz  vergi xidmətinin məhsuldar fəaliyyəti  və BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin
istifadəyə verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və
digər tətbiq edilən yeniliklərin  hesabına
bələdiyyənin  büdcə gəlirlərinin artım
müşahidə olunub.

Bələdiyyənin
vergi xidmətinin səyi ilə büdcə gəlirlərində cari ildə 31.5 fazilik artım əldə
olunub.

Belə
ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 151.291  manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı
ərzində bu rəqəm 221.000 manata bərabər olub.

Binəqədi
qəsəbə bələdiyyəsinin vergi potensialı böyükdür. Bələdiyyənin vergi- uçot
sistemi tam şəkildə qurulduqdan sonra hədəfimiz ilin sonunadək  400 min manatı əldə etməkdir.

İnanırıq
kollektivin birgə səyi ilə bu uğura da imza atacağıq.

Hazırda
büdcə gəlirlərində 31.5 faizlik artımın əldə olunmasını artıq bu uğurun
başlanğıcı hesab etmək olar.

 Belediyye.info

Mənbə: Meneviyyat.Az/