Habil Həmidov: “Qəsəbənin sənədsiz əmlak problemi öz həllini tapmış olsa, büdcə gəlirlərində 4 dəfəyədək artım olar”
Habil Həmidov: “Qəsəbənin sənədsiz əmlak problemi öz həllini tapmış olsa, büdcə gəlirlərində 4 dəfəyədək artım olar”
“Binə bələdiyyəsi
olaraq ən böyük problem ərazidəki 70 faiz
əmlakın sənədinin olmamasıdır”- bu
fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Habil Həmidov
bildirib.
Sədr qeyd
edib ki, keçmiş “sovxoz” dövründə verilən ərazilərin heç birinin bu gün sənədi yoxdur.
İndi təsəvvür
edin ki, 10 sot torpaq sahəsi olan əraziyə 6 manat topaq vergi ödənilirsə, həmin torpaqda bu gün 3-4 ədəd ev tikilib. Evlərin də heç
birinin sənədi yoxdur. Nəticədə bələdiyyə həmin ərazidən minimum 100 manata
yaxın əmlak vergisi toplamalı olduğu
halda, sənədi olmadığından bu vəsaitdən mərhum olur və nəticədə 6 manatla kifayətlənməli
olur. Qəsəbədə əhalinin sayı artıqdca, problemlərimizdə artır və ən əsası əhali
vergi ödəməyə maraqlı görünmür.
Ancaq bu çətinliklərə
baxmayaraq ötən illə müqayisədə büdcə gəlirlərində artım müşahidə olunub. Belə
ki, 2024 -cü ilin səkkiz ayı ərzində 93.556
manat əmlak vergisi, 6.822 torpaq
vergisi cəmi 100.378 manata vergi əldə edilmişdirsə, cari ilin səkkiz ayında
3700 manatlıq artıma nail olunub.
Belə ki, 94.872
manatlıq əmlak, 9.200 torpaq vergisi olmaqla, cəmi 104.072 manatlıq vergi yığılıb.
Bu artımda
BAMS-da tətbiq edilən yeniliklərin də mühüm rolu var. Ancaq qəsəbə ərazisindəki
sənədsiz əmlak problem öz həllini tapmış olsa, bələdiyyənin büdcə gəlirlərində 3-4 dəfəyədək artım müşahidə
olunar ki, bu da nəticə etibari ilə sakinlərin qaldırdığı problemlərin sürətli
həlli deməkdir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/