BƏLƏDİYYƏ

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi “Bələdiyyənin siması” adlı müsabiqəyə start verib

“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyi “Bələdiyyənin siması” adlı müsabiqəyə
start verib

“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin təşkilatçılğı və Belediyye.info internet
resursunun dəstəyi ilə  bələdiyyələrin əsas
atrubutlarından sayılan loqoların hazırlanmasına marağı artırmaq və mövcud olanlar
arasında ən yaxşısını müəyyən etmək məqsədi ilə sentyabrın 1-dən etibarən “Bələdiyyənin siması” adlı müsabiqəyə start verilir.

Müsabiqə
üzrə bələdiyyələrin mövcud loqoları sosial media platformalarında paylaşılacaq
və ən çox bəyənilən və haqqında fikir bildirilən loqolar sonda  qaliblər sırasında olacaq. Dekabr ayında
keçiriləcək  yekun tədbirdə qaliblərə
diplom və hədiyyələr təqdim ediləcək.

Artıq
30-dan artıq bələdiyyə öz loqosunu təqdim edib. Bir ay davam edəcək layihədə hər
bir bələdiyyənin öz loqosu ilə  iştirakı
tövsiyə olunur.  

Qeyd
edək ki, layihənin yekun təqdimatı dekabr ayında  keçirilməsi nəzərdə tutulur.

“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyi

Mənbə: Meneviyyat.Az/