BƏLƏDİYYƏ

Vahid Mirzəyev: “Bələdiyyəmiz BAMS-ın verdiyi imkandan tam şəkildə istifadə etməyə  çalışır”

Vahid Mirzəyev: “Bələdiyyəmiz BAMS-ın verdiyi imkandan tam şəkildə istifadə etməyə  çalışır”

“Cəlilabad
bələdiyyəsi vergi yığımında ciddi irəliləyişə nail ola bilib” – bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Vahid Mirzəyev deyib.

2024-cü
ilin səkkiz ayı ərzində əmlak vergisinin həcmi 47.371 manat, torpaq vergisinin
həcmi  19.560 manata olduğu halda, cari
ildə bu cari ilin səkkiz ayı ərzində isə 75.620 manatlıq əmlak vergisi, 43.663
manat  olub.

Göründüyü
kimi, BAMS-da tətbiq edilən yeniliklərin sayəsində əmlak vergisinin həcmi səkkiz
ay ərzində 44 faiz artıb. Bu rəqəm ümumrespublika bələdiyyələr siyahısında  18-ci yeri tutmağa müvəffəq olub.

Sədr
qeyd edib ki, bu gün Cəlilabad bələdiyyəsinin əsas  hədəfi 
cari ildə 200 min manatı əldə etməkdir. Hazırda bələdiyyənin vergi xidməti  BAMS-ın verdiyi imkandan tam şəkildə istifadə
etməyə  çalışır.

Birdən-birə
44 fazilik artımın əldə olunmasıda mütəmadi olaraq secicilərlə görüşlərin mühüm
əhəmiyyəti olub. Bu gün vergi xidmətin əməkdaşları sistemli şəkildə  görüşləri davam etdirməyi nəzərdə tutur. Sədr
qeyd edir ki, kollektivin birgə səyi ilə hədəfə çatacağıq.

Bu
gün bələdiyyə əlavə dayanıqlı maliyyə vəsaiti 
yaratmaq məqsədilə bələdiyyə iclasının qərarı ilə MMC təsis edilib.
Yaradılan MMC-nin əsas fəaliyyəti kənd təsərrüfatı və sənaye məsullura
istehsalı, abadlıq və təmir, təmizlik və yaşıllaşdırma, sərnişin daşıması,
kursların təşkili, qanunla qadağan olunmayan və fəaliyyəti xüsusi lisenziya tələb
edən fəaliyyət növləri ilə məşğul olmaq məqsədi daşıyır.

Sədr bildirib ki, yaradılan MMC-nin yaxın
günlərdə fəaliyyətə başlayacaq.

İnanırıq ki, MMC fəaliyyəti ilə həm də Cəlilabad
rayonunda formalaşdırılan 19 bələdiyyənin həyata keçirəcəyi layihələrin
icrasında yaxında dəstək göstərəcək.  

Belediyye.info

Mənbə: Meneviyyat.Az/