BƏLƏDİYYƏ

İsmayıl Rəsulov: “Bələdiyyənin  həyata keçirdyi layihələrdən biri də şəhər ərazisindəki qəbrstanlıqlarla bağlıdır”

İsmayıl Rəsulov: “Bələdiyyənin  həyata keçirdyi layihələrdən biri də şəhər ərazisindəki qəbrstanlıqlarla bağlıdır”

“Ağcabədi
bələdiyyəsi daim sakinlərin yanındadır. Bələdiyyə tərəfindən atılan hər addım,
həyata keçirilən hər bir layihədə sakinlərin təklif və tövsiyələri nəzərə
alınır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov bildirib.

Sədr
qeyd edib ki, bələdiyyənin hazırda həyata keçirdyi layihələrdən biri də şəhər ərazisindəki
qəbirstanlıqlarla bağlıdır.  Ərazilərin təmizliyi
diqqətdə saxlanılmaqla yanaşı, əraziyə müşahidə kameralarının quraşdırılması, habelə
işıqlandırlması ilə bağlı layihələrin icrası da nəzərdə tutulan layihələr
sırasındadır.

Bu günlərdə
isə bələdiyyə iclasının qərarı ilə şəhər ərazisində olan və bələdiyyəyə təhvil
verilən 3 qəbirstanlığın adlandırılması ilə qərar qəbul edilərək qəbirstanlıqların
girişindəki dəmir qapıların üzərinə vurulmuşdur.

Ağcabədi
bələdiyyəsinin  12 avqust 2025 ci il  qərarı ilə şəhər qəbirstanlıqları bundan
sonra belə adlanacaq.

Rus qəbirstanlığı

1
Saylı Şəhər Qəbirstanlığı.

Üzeyir
qəbirstanlığı –

2
Saylı Şəhər Qəbirstanlığı.

Vahidin
(Ejəli) qəbirstanlığı –

3
Saylı Şəhər Qəbirstanlığı.

Belediyye.info




Mənbə: Meneviyyat.Az/