BƏLƏDİYYƏ

Rövşən Əsgərov: “Qovlar bələdiyyəsi var qüvvə ilə çalışaraq qarşıya qoyulan məqsədə doğru inamla irəliləyir”

Rövşən Əsgərov: “Qovlar bələdiyyəsi var qüvvə ilə çalışaraq qarşıya qoyulan məqsədə doğru inamla irəliləyir

Ötən
ilin müvafiq dövrü ilə müqayisədə əmlak vergisinin həcmini iki dəfəyədək artıra
bilmişik. Əgər 2024 cü ildə 5.461  manat əmlak
vergisi, 2.102 manat torpaq vergisi əldə edilmişdisə, cari ilin altı ayı ərzində
12.061 manat əmlak vergisi, 3.032 manat torpaq vergisi əldə edilib”- bu fikirləri
Belediyye.infoya Tovuz rayonu, Qovlar bələdiyyəsinin sədri Rövşən Əsgərov
bildirib.

Sədrin
sözlərinə görə, icarə haqqlarının toplanılmasında geriləmə olsa da, yaxın
aylarda artıq bu geriləməni aradan qaldıracağıq.

Kollektivin
birgə səyi ilə çətinliklərə baxmayaraq ötən ilin altı ayı ərzində 17.863 manata
qarşı cari ildə 19.325 manat əldə olunub.  

Sədr
qeyd edib ki, hazırda başlıca  məqsədimiz
Qovlar bələdiyyəsinin illər əvvəl yığılıb qalmış borclarını bağlamaqdır. Biz təhvil
alanda bələdiyyənin DSMF borcunun həcmi 38.700 manat idi.

Elə
bu səbəbdəndir ki, ilkin  fəaliyyətə məhz
bələdiyyənin vergi-uçot sistemini qurmaqla başladıq.

Bələdiyyənin vergi-uçot sistemi qurulduqdan sonra
qulluqçuların və vergi müfəttişlərinin birgə fəaliyyəti sayəsində DSMF
borclarının demək olar ki, böyuk bir hissəsini bağlaya bildik. Bu gün borcun həcmi
3.700 təşkil edir
ki onu da yaxın günlərdə bağlayacağıq.

Əlavə edim ki, büdcə gəlirlərinin artımında Adminstrasiyanın
bələdiyyələrlə iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılığı,
“Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin iştirakı ilə BAMS-ın Əmlak məsələləri
Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün əsaslı
rol oynayıb. Bununla yanaşı Şəmkir regional ədliyyə idarəsinin mütəmadi olaraq
metodik tövsiyələrinə uyğun olaraq həm də icarə haqqlarını  bazar qiymətlərinə uyğunlaşdıraraq dəfələrlə
artıra bildik.

Bələdiyyə
olaraq ərazidə şəhid və qazi ailələrinə qayğı və diqqətin göstərilməsi göz
önündədir. Fəaliyyətimizlə onların qaldırdığı bütün problemlər öz həllini
tapır. 

Şəhərin  təmizliyinə töhfə olaraq  zibil qutuları alınaraq dislokasiyaya uyğun
olaraq şəhərdə  sakinlərin istifadəsinə
verilmişdir. Tovuz RİH -in təşkilatçılığı və şəhərin imkanlı şəxslərinin dəstəyi
ilə şəhərin parkında, o cümlədən ərazidə fontanlar əsaslı təmir edilərək sakinlərin
istifadəsinə verilmişdir.

Sədr
sonda qeyd edib ki,  Qovlar bələdiyyəsi
var qüvvə ilə çalışaraq qarşıya qoyulan məqsədə doğru inamla irəliləyir.

Belediyye.info  

Mənbə: Meneviyyat.Az/