GÜNDƏM

Overçukdan Zəngəzur açıqlaması: Moskva hesab edir ki…

Moskva və İrəvan Ermənistanın cənubundan keçəcək nəqliyyat marşrutu məsələsini müzakirə edib. Moskva hesab edir ki, bu, Rusiya və Ermənistan arasında əlaqəni gücləndirəcək.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikri Rusiya baş nazirinin müavini Aleksey Overçuk səsləndirib.

“Əlbəttə, biz bu məsələni həm mənim İrəvana səfərim zamanı, həm də Həştərxanda azərbaycanlı həmkarlarımla görüşlər zamanı müzakirə etmişik. Bunun necə olacağı barədə anlayışımız var”, – o deyib.

Overçukun fikrincə, Zəngəzur dəhlizinin tikintisi Avrasiyanın ümumi nəqliyyat karkasının formalaşmasına kömək edəcək.

“Əgər belə bir yol olarsa, o cümlədən Ermənistanın Rusiya ilə əlaqəsini gücləndirəcək. Bizim qiymətləndirmələrimizə görə, bu, bəlkə də ölkələrimiz arasında yük daşımaları üçün əsas yol olacaq”, – Overçuk vurğulayıb.









Mənbə: Turkustan.Az