BƏLƏDİYYƏ

Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyə sədr və müavinlərinin iştirakı ilə seminar keçirilib

Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyə sədr və müavinlərinin iştirakı ilə seminar keçirilib

 

Avqust ayının 21-də Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə
idarəsi tərəfindən Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyə sədr və müavinlərinin
iştirakı ilə seminar təşkil olunub. Videokonfrans formatında keçirilən seminar
bələdiyyə hesabatları, onların hazırlanması müddətləri, qaydası və formaları, təsdiqi
və elan edilməsi mövzularını əhatə edib.

 

Seminarda “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci
maddəsinin 4-cü hissəsi, 16-cı maddəsinin 6-cı hissəsi, “Bələdiyyələrin maliyyəsinin
əsasları haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsi, “Bələdiyyələrin Nümunəvi
Reqlamenti”nin 2.10.5-2.10.6-cı yarımbəndləri və 3-cü fəsli, “Mühasibatlıq
uçotu haqqında” Qanunun 13.1-ci və 14.2-ci maddələri barədə danışılıb. Həmçinin
Maliyyə Nazirliyi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq
edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən
mühasibat uçotunun aparılması qaydaları”nın müvafiq bəndləri, bu normativ
aktların tətbiqi zamanı yol verilən pozuntular və hesabatlıqla bağlı bələdiyyə
aktları üzrə aparılan təhlillərin nəticələri barədə məlumat verilib.

 

Bundan əlavə, bələdiyyənin işinin şəffaf təşkil edilməsi
üçün görülən işlərin bələdiyyə protokollarında düzgün təsbit edilməsi və
mediaya işıqlandırılmasının, aktiv informasiya mübadiləsi mexanizmlərinin tətbiq
edilməsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ədliyyə Nazirliyi 

Mənbə: Meneviyyat.Az/