Almaniyanın vitse-kanslerinin ardınca Norveçin də Baş naziri elan olunmamış səfərlə Kiyevə gedib
Norveçin Baş naziri Yonas Qar Stere elan olunmamış səfərlə Kiyevə gedib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak teleqram kanalında məlumat yayıb.
O, Y.Sterenin Kiyevə gəlişinin kadrlarını paylaşıb.
“Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə Norveçin Baş naziri Yonas Qar Stereni qarşıladıq”, – A.Yermak yazıb.
O qeyd edib ki, Norveç həmişə Ukrayna xalqını dəstəkləyir.
Xatırladaq ki, avqustun 25-də Almaniyanın maliyyə naziri, vitse-kansleri Lars Klinqbayl da Kiyevə səfər edib.
Mənbə: Report.Az