ABŞ səfiri Makrona məktub yazıb: Fransada hər gün küçələrdə yəhudilərə hücum olur
ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner Fransa prezidenti Emmanuel Makrona məktub yazaraq, onu ölkəsində antisemitizmlə mübarizədə kifayət qədər fəaliyyət göstərmədiyinə görə qınayıb.
“Report” xəbər verir ki, səfir məktubda Fransada antisemitizmin kəskin artmasından narahat olduğunu yazıb.
Kuşner bildirib ki, Fransada hər gün küçələrdə yəhudilərə hücum olur, sinaqoqlar, məktəblər və ya yəhudilərə məxsus bizneslər vandalizm aktına məruz qalır.
Bundan əvvəl İsrailin Parisdəki səfiri Coşua Zarka deyib ki, Fransadakı yəhudilər özlərini təhlükəsiz hiss etmirlər.
Mənbə: Report.Az