Mingəçevir bələdiyyəsi sakinlərin müraciətlərinə həssaslıqla yanaşır
Mingəçevir bələdiyyəsi sakinlərin müraciətlərinə həssaslıqla yanaşır
Hüseyn Abbasəliyev küçəsinin sakinlərinin müraciəti əsasında ərazidə Mingəçevir Bələdiyyəsi tərəfindən təmizlik işləri aparılmışdır. Bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda qedy edilir ki, vətəndaşların zibil tullantılarını küçə ərazisinə atması nəticəsində anti-sanitar vəziyyət yaranmışdı.Həmin ərazidə tullantılar yığışdırıldı, küçənin ümumi görünüşü bərpa olundu.
Mingəçevir Bələdiyyəsi olaraq sakinlərimizin müraciətlərinə həssaslıqla yanaşır, şəhərimizin daha təmiz, abad və rahat olması istiqamətində fəaliyyətimizi davam etdiririk.
Əziz həmvətənlər, təmiz mühit yalnız bələdiyyənin deyil, hər birimizin gündəlik diqqətindən asılıdır. Gəlin birlikdə Mingəçeviri daha təmiz və sağlam şəhərə çevirək. Zibil tullantılarınızı müəyyən olunmuş yerlərə atmağı xahiş edirəm.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/