İtaliya klubu “Mançester Yunayted”in hücumçusunu transfer etmək istəyir
İtaliya təmsilçisi “Napoli” hücumçu Rasmus Heylunnun transferi ilə bağlı “Mançester Yunayted”lə (İngiltərə) danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
22 yaşlı futbolçunun agenti ilə müqavilənin şərtləri və uzunmüddətli planlarla bağlı müsbət danışıqlar aparılıb. “Qırmızı şeytanlar” norveçli oyunçu ilə yollarını ayırmağa hazırdır.
Heylunnun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq. “Transfermarkt” portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.
Qeyd edək ki, futbolçu ötən mövsüm bütün yarışlarda 52 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə verib.
Mənbə: Report.Az