İDMAN

Libertadores Kubokunun 1/4 final mərhələsinin cütləri müəyyənləşib

Futbol üzrə Libertadores Kubokunun 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

“Report” xəbər verir ki, 8 komandadan dördü Argentina, üçü Braziliya, biri isə Ekvador təmsilçiləridir

“Estudiantes” (Argentina) – “Flamenqo” (Braziliya)

“River Pleyt” (Argentina) – “Palmeyras” (Braziliya)

“Rasinq” (Argentina) – “Veles Sarsfild” (Argentina)

LDU (Ekvador) – “San Paulo” (Braziliya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları sentyabrın 16-da, cavab görüşləri isə 23-də keçiriləcək.

Mənbə: Report.Az