Ermənistan 2026-cı il üçün müdafiə xərclərində əhəmiyyətli artım planlaşdırmır
Ermənistan hökuməti 2026-cı il dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını planlaşdırmır.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, bu, məntiqli addımdır.
“Biz vəziyyətin operativ qaydada təhlilini davam etdirəcəyik və bütün qərarlarımız qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaflara uyğun olacaq”, – baş nazir əlavə edib.
Mənbə: Report.Az