Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib
Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.
“Neftçi Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Ötən gün “Karvan-Yevlax” və “Qəbələ” komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib – 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.
Mənbə: Report.Az