Ukrayna Rusiyanın “Su-30SM” qırıcısını itirməsi barədə məlumat yayıb
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Su-30SM” qırıcı təyyarəsini itirməsi barədə məlumat yayıb.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatı Zmeynıy adasının cənub-şərqində tapşırıqları yerinə yetirən Rusiyaya məxsus “Su-30SM” qırıcı təyyarəsi ilə əlaqənin kəsilməsi ilə bağlı radioməlumatı ələ keçirib.
Təyyarənin naməlum səbəblərdən qəzaya uğradığı bildirilir.
Hazırda Rusiyanın axtarış-xilasetmə əməliyyatı apardığı vurğulanır. Mövcud məlumata görə, dəniz səthində təyyarənin qalıqları aşkar edilib.
Pilotların taleyi ilə bağlı hələlik məlumat yoxdur.
Mənbə: Report.Az