Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
O, istefasının səbəbini belə açıqlayıb: “Yaşanan anti-demokratik tətbiqlərlə yanaşı dürüstlük, qanunlar çərçivəsində xidmət, ictimai əxlaqdan güzəşt etməmə prinsipləri səbəbindən Cümhuriyyət Xalq Partiyası ilə eyni yolda yürümə imkanım artıq yoxdur”.
Məlumata görə, Özləm Çerçioğlu üç bələdiyyə sədrinin də CHP-dən ayrıldığını bildirib: “Mən və üç bələdiyyə sədrimiz CHP daxilində yaşadığımız problemləri partiyanın səlahiyyətli orqanlarında həll etmək cəhdlərimizə baxmayaraq, təəssüf ki, bir nəticə əldə edə bilmədik”.
Mənbə: Report.Az