İDMAN

Braziliyalı voleybolçu Azərbaycan klubuna keçib

Braziliyalı voleybolçu Luiza Tomas karyerasını Azərbaycanda davam etdirəcək.

“Gəncə”nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bölgə klubu oyunçu ilə müqavilə imzalayıb.

O, ötən mövsümü Portuqaliyanın “Benfika” komandasında keçirib.

L.Tomas Portuqaliya Superkubokunun və I divizionunun qalibi olub.

Mənbə: Report.Az