BƏLƏDİYYƏ

Küpçal-Dağlı bələdiyyəsinin təşkilatçılığı ilə  şəhidin əziz xatirəsi anılıb

Küpçal-Dağlı bələdiyyəsinin təşkilatçılığı ilə  şəhidin əziz xatirəsi anılıb

“Vətən müharibəsi Şəhidi Nuran Mirzəyevin doğum günü geniş şəkildə
qeyd olunub”- bu barədə Belediyye.infoya məlumatı Quba rayonu Kupçal-Dağlı bələdiyyəsinin
sədri Natiq Bəkmirzəyev deyib. Sədr bildirib ki, təbdirdə şəhid ailələri,
Küpçal-Dağlı bələdiyyəsinin sədri, üzv və qulluqçuları, Quba Rayon İcra
hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidin məzarı ziyarət olunduqdan sonra Quba RİH -in təşəbbüsü və  Küpçal-Dağlı bələdiyyəsi təşkilatçılığı ilə yeni yaradılmış
abidə bulaq kompleksinin açılışı baş tutub.

 Açılışdan sonra şəhidin
doğulub boya başa çatdığı ata evində bələdiyyə tərəfindən yaradılmış xatirə
muzeyində tədbir davam etdirilib.

Şəhidimizin qəhramanlıq salnaməsi, keçdiyi döyüş yolu iştirakçıların
diqqətinə çatdırılıb.

Qeyd edirik ki bu muzey öz unikallığı ilə də seçilir. Belə
ki muzeydə Quba rayonundan torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını
qurban etmiş şəhidlərimizin foto şəkilləri yerləşdirilmişdir.

Natiq Bəkmirzəyev bildirib ki, mərasimdə Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında
apardığı döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin
qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən
söz açılıb.

Şəhidimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/