İran və İraq təhlükəsizlik məsələləri üzrə birgə anlaşma memorandumu imzalayıb – YENİLƏNİB
İran və İraqın rəsmiləri avqustun 11-də təhlükəsizlik məsələləri üzrə birgə anlaşma memorandumu imzalayıblar.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, bu sənəd İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İraqın Milli Təhlükəsizlik Müşaviri Qasim əl-Araci arasında Bağdadda imzalanıb.
Baş nazir Məhəmməd Şia əl-Sudani sazişin imzalanması tədbirində iştirak edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əl Laricani bu vəzifədə ilk səfərini avqustun 11-də İraqa edəcək.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Ə.Laricani bildirib ki, İraqla təhlükəsizlik üzrə razılaşma imzalanacaq.
O, İSNA-ya müsahibəsndə İraq və Livana yola düşməzdən əvvəl səfərinin məqsədləri barədə danışıb: “Bu səfər iki hissədən ibarətdir: Birinci səfər İraqa olacaq. İraq bizə dost və qonşu ölkədir və bu dövlətlə yüksək səviyyədə ticarət əlaqələrimiz var”.
Onun sözlərinə görə, İmamın 40 günü mərasimi (Ərbəin) iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricidir:
“İranın qonşularla münasibətlərdə əsas prioriteti iranlıların təhlükəsizliyidir. Eyni zamanda, İran qonşularının təhlükəsizliyinə də diqqət yetirir. İraqa səfər çərçivəsində bu ölkə ilə təhlükəsizliyə dair saziş imzalanacaq”.
O, İraqakı “bir çox dostlarla görüşlərinin olacağ”ını da bildirib: “Onların fikirlərini dinləyəcək və ikitərəfli əməkdaşlıqla bağlı baxışlarımızı onlarla müzakirə edəcəyik”.
Ə.Laricani İraqdan sonra səfər edəcəyi Livanı “Qərbi Asiyada böyük təsirə malik olan vacib ölkələrən biri” kimi qiymətləndirib.
Qeyd edək ki, İraqın ruhani lideri, ayətullah-üzma Əli Sistani İranın təsirini azaltmaq üçün ölkədə ciddi tədbirlər görülüdüyünü bildirmişdi. O, hakimiyyət orqanlarına təzyiq edərək, ölkədəki hərbi qrupların ləğvinə və “Həşd əş-Şəbi” qruplaşmasının dövlətin müvafiq strukturlarına inteqrasiyasına çalışır.
Məlumatlara əsasən, 2014-cü ildə yaradıaln bu qruplaşma İran İnqilab Keşikçiləri Qvardiyasının nəzarətindədir. Sıralarında 200 minə yaxın silahlı olduğu iddia olunur.
Bu günlərdə Livanın Xarici İşlər Nazirliyi isə İranı ölkəsinin daxili işlərinə müdaxilədə ittiham etmişdi.
Mənbə: Report.Az