“Al Jazeera” İsrailin Qəzzaya zərbəsi nəticəsində dörd əməkdaşının öldüyünü bildirib
Qətərin “Al Jazeera” telekanalı İsrailin Qəzza şəhərinə hücumu nəticəsində dörd əməkdaşının həlak olduğunu bildirib.
“Report” xəbər verir ki, qurbanlar reportyorlar Anas əş-Şərif və Məhəmməd Kreyka, həmçinin iki operatordur.
Qeyd olunur ki, onlar bombardman zamanı “Əş-Şifa” Xəstəxanasının girişində jurnalistlər üçün çadırda olublar. Zərbə yerli vaxtla gecə yarısından bir qədər əvvəl (Bakı vaxtı ilə üst-üstə düşür) pilotsuz təyyarə ilə endirilib. Ümumilikdə yeddi nəfər həlak olub.
İsrail ordusu da özünü “Al Jazeera” telekanalının jurnalisti kimi qələmə verən terrorçu Anas aş-Şərifi zərərsizləşdirdiyini açıqlayıb. Hərbçilərin məlumatına görə, o, radikal HƏMAS hərəkatının dəstələrindən birinə rəhbərlik edib, İsrailin mülki vətəndaşlarının və hərbi qulluqçularının raket atəşinə tutulmasından məsul idi.
Mənbə: Report.Az