DÜNYA

“Morgan Stanley”: Qlobal məlumat mərkəzləri karbon emissiyalarının azaldılmasına töhfə verəcək

“Morgan Stanley” kompaniyasının araşdırmasına görə, qlobal məlumat mərkəzləri bumunun cari onilliyin sonuna qədər dünya üzrə təxminən 2,5 milyard metrik ton karbon qazı ekvivalenti emissiyasına gətirib çıxaracağı və dekarbonizasiya səylərinə investisiyaları artıracağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, “Reuters” yazır ki, “Google”, “Microsoft”, “Meta”, “Amazon” kimi irimiqyaslı şirkətlər süni intellekt və bulud hesablama texnologiyalarını genişləndirmək üçün enerji tutumlu məlumat mərkəzlərinin sürətli inkişafına təkan verir. Eyni zamanda, şirkətlər 2030-cu ilə qədər öz mərkəzlərindən qlobal istiləşmə emissiyalarını azaltmaq vədlərinə sadiq qalırlar.

“Morgan Stanley” kompaniyasının hesabatında qlobal məlumat mərkəzi sənayesinin istixana qazı emissiyalarının bütün ABŞ-ın bir il ərzində buraxdığı tullantıların təxminən 40 faizini təşkil edəcəyini təxmin edir.

Hesabatda bildirilib ki, nəhəng kompüter anbarlarının tikintisi təmiz enerjinin inkişafına, enerjiyə qənaət edən avadanlıqlara və yaşıl tikinti materiallarına investisiyaları artıracaq. “Morgan Stanley” qeyd edib ki, texnoloji şirkətlər iqlim vədlərini yerinə yetirməyə çalışdıqca, karbontutma, utilizasiya və sekvestr texnologiyaları və karbon qazının çıxarılması proseslərinin də genişlənəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir