Yəmən sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 76-ya çatıb
Yəmən sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 76-ya çatıb.
“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
“Yəmənin təhlükəsizlik xidmətlərinin nümayəndələri bildiriblər ki, Ədən körfəzində gəmi qəzasından sonra 76 meyit aşkar edilib”, – məlumatda vurğulanıb.
Qeyd edilib ki, 32 nəfər xilas edilib.
Mənbə: Report.Az