BƏLƏDİYYƏ

Sədr sakinlərlə görüşüb  həm hesabat verdi, həm də problemlərini dinlədi

Sədr sakinlərlə görüşüb  həm hesabat verdi, həm də problemlərini dinlədi

Ağsu rayonu Növcu bələdiyyəsinin sədri Niyaməddin Dəmirov bələdiyyə  üzv və qulluqçularının iştirakı ilə sakinlərlə növbəti görüş keçirib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Sakinlərə bələdiyyənin altıaylıq  fəaliyyəti barəsində hesabat verən sədr Niyaməddin Dəmirov bələdiyyənin fəaliyyətində əldə etdiyi uğurlardan və üzləşdiyi problemlərdən danışıb. Bununla sədr çıxışında vətəndaş-bələdiyyə münasibətlərinin tənzimlənməsi, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyə tərəfindən ciddi layihələri həyata keçirmək niyyətində olduğu  xüsusi ilə qeyd olunmuşdur.

Bələdiyyə sədri görüşdə iştirak edən sakinləri narahat edən sualları  cavablandırıb.

Əlavə edək ki, Növcü bələdiyyəsinin 11 nəfər üzvü var və Niyaməddin Dəmirov cari ildə keçirilən bələdiyyə seçkilərinə ilk dəfə qatılaraq bələdiyyə üzvü, iyun ayında isə Növcü bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Xatırladaq ki, birləşdirmə nəticəsində Növcü bələdiyyəsinə  Ərəbsarvan,  Ərəbmehdibəy. Göydəlləkli,  Çiyni və Xəlilli bələdiyyələri birləşdirilib. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/