BƏLƏDİYYƏ

Tehran Rəhmanov: “Vergilərin yığılmasında irəliləyişin əsas səbəbi…”

Tehran Rəhmanov: “Vergilərin yığılmasında irəliləyişin əsas səbəbi…”

  “Türkan
bələdiyyəsinin əsas büdcə gəliri torpaq və əmlak vergisindən formalaşır”-bu
fikirləri adıçəkilən bələdiyyənin sədri Tehran Rəhmanov deyib.

 Sədr
qeyd edib ki, vergilər BAMS proqramı ilə hesablanır və hazırda 5000-dən artıq
vergi ödəyicisi qeydiyyatdan keçmişdir. Hər il 3500-dən artıq vergi ödəyicisi
üçün həm əmlak, həm də torpaq vergisi hesablanır.

 Cari
ilin altı ayında vergi ödənişlərində əvvəlki illərə nisbətən irəliləyiş qeydə
alınib. 2025-ci bələdiyyə büdcəsinə 27.824 manat vəsait vergilərdən daxil
olmuşdur.Bu vəsaitin 12.577 manat torpaq vergisi,15.166 manat əmlak vergisi
təşkil edib. 2024-cü ilin müvafiq dövründə isə bu rəqəm 19.321 manat təşkil
etmişdi. Göründüyü kimi bu il büdcə gəlirlərində 44 fazilik artım müşahidə
olnub.

 Sədr
qeyd edib ki, vergilərin yığılmasında irəliləyişin əsas səbəbi vergi
ödəyiciləri ilə təbliğat işlərinin aparılmasıdır. Qəsəbə sakinləri arasında
yerli vergilər,onların xərclənməsi istiqamətləri barədə geniş izahat işləri
aparılır. Vergi ödəyicilərinin qeydiyyata alınması işi bu gün də davam
etdirilir. Bunun üçün bu ilin may ayında bir vergi müfəttişi də işə qəbul
edilib. Bu ilin aprel ayında qəsəbə üzrə qeydiyyata alınmış vergi ödəyicilərinin
sayı 6.602 idisə, iki ay ərzində bu rəqəm 7.100-ə artırılıb.

 Sədr
açıqlamasında xərclərə də toxunub. Bələdiyyə qulluqçularına 10542 manat 07
qəpik əmək haqqı kimi ödənilmiş, DSMF-na isə 8421 manat 45 qəpik vəsait
köçürülmüşdür.

 Türkan
bələdiyyəsi fəaliyyətə başladığı vaxtdan qəsəbədəki imkansız ailələrə,şəhid
ailələrinə,Qarabağ müharibəsi iştirakçılarına və əlillərinə böyük qayğı ilə
yanaşmış,onların müxtəlif problemlərinin həlli istiqamətində işlər görmüşdür.
Bu il də 7 imkansız ailəyə 400 manat; hərəyə 50 manat olmaqla birdəfəlik maddi
yardım ödənilmişdir.  II Qarabağ
müharibəsi iştirakçısı Oruczadə Rauf Zöhrab oğluna müalicə üçün 2 dəfə yardım
edilmişdir.

 15
iyun Milli Qurtuluş günü münasibəti ilə 10 imkansız ailəyə ərzaq payı
paylanmışdır.Hər ərzaq payının qiyməti isə 40 manat olmuşdur. Ümumilikdə bu iş
üçün 410 manat vəsait ayrılmışdır. Bu işi gələcəkdə də davam etdirmək, həmin
ailələrin problemlərinin həllinə imkan daxilində daha çox vəsait ayrılmasını
nəzərdə tuturuq.

 Bələdiyyə
tərəfindən müxtəlif tədbirlərin keçirilməsinə hər il köməklik
olunmuşdur.Müxtəlif idman növləri üzrə yarışlarda iştirak edən idmançılara
idman forması almaq üçün yardımlar olunub. Bu il də qəsəbənin futbol
birinciliyində qalib gəlmiş idmançıları təltif etmək üçün 1 kubok və 35 medal
alınmışdır. Bundan ötrü 205 manat vəsait xərclənmişdir.

 Bələdiyyə
tərəfindən qəsəbədə abadlıq və təmir işləri diqqətdə saxlanılır. Mütəmadi
olaraq qəsəbədəki sanitar vəziyyətin monitorinqi keçirilir. Bu iş qəsəbə icra
nümayəndəliyi ilə birgə aparılır. Qəsəbə ərazisində sanitar normalara riayət
etməyən mağaza sahiblərinə və fiziki şəxslərə xəbərdarlıq edilmiş, bəzi
yerlərdə məişət tullantılarının yığılıb məhv edilməsi bələdiyyə rəhbərliyi
tərəfindən həyata keçirilmişdir.

 Bu
məqsədlə qəsəbədə yeni məişət tullantıları konteynerləri yerləşdirilmişdir. Bu
konteynerlərin ətrafında səliqə-sahman yaratmaq üçün bələdiyyə tərəfindən
baldurlar alınmış və bunun üçün 967 manat vəsait xərclənmişdir.

 Yay
mövsümü gələndə qəsəbə ərazisindəki yabanı ot və kolların yanğın törətməməsi
üçün qabaqlayıcı tədbirlər həyata keçirilməsi üçün bələdiyyə tərəfindən bir
otbiçən alınmış və bunun üçün 115 manat vəsait xərclənmişdir.

Ümumilikdə
altı ay ərzində 24.846 manat vəsait xərclənmişdir.

Sədr
son da qeyd edib ki, altıaylıq hesabat bələdiyyə üzvlərinin iştirakı ilə
müzakirə edilərək müsbət qarşılanmış və daha böyük uğurlara imza atılması üçün
hər bir bələdiyyə üzvünün bələdiyyəyə töhfə verməsi tövsiyə olunmuşdur.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/