BƏLƏDİYYƏ

Xızı RİH-də yarpaq tökümü davam edir, vakant yerlərin sayı yeddiyə çatdı

Xızı RİH-də yarpaq tökümü davam edir, vakant yerlərin sayı yeddiyə çatdı

Xəbər
verdiyimiz kimi, Xızı RİH-də “yarpaq tökümü” davam edir. Bununla bağlı bir neçə
gün əvvəl xəbər vermişdik. Bizə növbəti şöbə müdirinin işdən azad ediləcəyi
deyilsə də, əksinə bu dəfə şöbə müdiri deyil, icra başçısnın birbaşa köməkçisi
Ayxan Mirzəyev müvafiq əmrlə  işdən azad
edilib. Köməkçinin hansı səbəbdən işdən azad edildiyi deyilməsə də, ancaq
bununla da Xızı RİH-də vakant  yerlərin
sayı yeddi çatıb. Bu barədə məlumat Xızı RİH-in internet resursunda da öz təsdiqini
tapıb.

Qeyd edək
ki, hazırda Xızı rayonunda Xızı RİH Başçısının 12 nümayəndəliyinin  altısında nümayəndə, üçündə nümayəndənin
müavini,  üçündə isə  baş mühasib vəzifəsi boşdur.  Ən maraqlı məqam ondadır ki, Findığan nümayəndəyində
bütün vəzifələr vakantdır. İcra hakimiyyətində isə bir başçının müavini
(RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri), üç
şöbə müdiri (Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi,
Hüquq və Memarlıq və tikinti şöbəsi) vəzifəsi resursda vakant göstərilib.

 Yeddi şöbədən
üçünün müdiri vakant göstərilməklə yanaşı, həm də hüquq, memarlıq və tikinti
şöbəsindəki digər vəzifələrdə boş göstərilib.

 Beləliklə,
RİH-də ümumi vakant yerlərin sayı artıq yeddiyə, nümayəndəliklərdə isə 12
çatıb.

Numayəndəliklə
bağlı siyahını bir daha  təqdim edirik:

 Xızı
RİHB-nın Qarabulaq kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

 Xızı
RİHB-nın Ağdərə kənd İƏD üzrə nümayəndəlik nümayəndə müavini,

 Xızı
RİHB-nın Yeni Yaşma kənd İƏD üzrə nümayəndəlik baş məsləhətçi-baş mühasib,

 Xızı
RİHB-nın Qasımkənd kənd İƏD üzrə nümayəndəlik nümayəndə müavini, baş məsləhətçi-baş
mühasib,

 Xızı
RİHB-nın Fındığan kənd İƏD üzrə nümayəndəlik nümayəndə, nümayəndə müavini Baş məsləhətçi-baş
mühasib,

 Xızı
RİHB-nın Tıxlı kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

 Xızı
RİHB-nın Baxışlı kənd İƏD üzrə nümayəndəlik nümayəndə,

 Xızı
RİHB-nın Şorabad qəsəbə İƏD üzrə nümayəndəlik nümayəndə,

 Xızı
RİHB-nın Altıağac qəsəbə İƏD üzrə nümayəndəlik nümayəndə.

 Maraqlıdır,
bu qədər vəzifəni boş saxlamaqda məqsəd nədir?

 Və belə
bir vəziyyətdə idarəçilik necə qurulub.

 (Rayonlar
üzrə təhlillərimiz davam edir…)

 Belediyye.info

  

Mənbə: Meneviyyat.Az/