Qazax, Agstafa və Şəmkir RİH başçıları: İkisi “Tərəqqi” medallı, bir alim və …
Qazax, Agstafa və Şəmkir RİH başçıları: İkisi “Tərəqqi” medallı, bir alim və …
RİH-lərin interent resurslarına baxışımızı davam etdiririk
Qazax rayonu
Qazax RİH-in resursunda icra başçısı Rəcəb Babaşovun tərcümyi halı verilməyib.
Bu gün aparatda
başçının köməkçisi və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları
ilə iş şöbəsində böyük məsləhətçi vəzifəsin vakantdır. Bununla yanaşı Qazax rayonunda olan 23 nümayəndəliyin 5-də
nümayəndə vəzifəsi vakantdır. Bir maraqlı məqam ondadır ki, saytda bələdiyyələr
haqqında hər hansı məlumat yoxdur.
Əlavə edək ki, Rəcəb Babaşov 19 may 2016-cı ildən Qazax RİH
başçısı vəzifəsinə təyinat alıb.
***
Ağstafa rayonu
Seymur Orucov 21 may 2020-ci il tarixli Prezident Sərəncamı ilə Ağstafa Rayon İcra
Hakimiyyətinin başçısı təyin edilib.
Tərcümeyi-halından məlum olur ki, icra başçısı 27 oktyabr
1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad
Universitetininin bakalavr və magistratura pilləsini bitirib. Hətta icra başçısı daha irəli gedərək
“Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri”
mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə
doktoru adı alıb.
Bununla yanaşı Prezidentinin müvafiq Sərəncamları ilə
2010-cu ildə “Tərəqqi” medalı,
2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.
RİH də isə Memarlıq və tikinti şöbəsi aparıcı məsləhətçi vəzifəsi,
29 nümayəndəlikdən isə yalnız birinin nümayəndə vəzifəsi vakantdır.
Bələdiyyələr haqqında məlumat olsa da, onun yeniləməsinə ehtiyac vardır.
***
Şəmkir rayonu
Rəşad Tağıyev
Prezident sərəncamı ilə 14
sentyabr 2021-ci il Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.
Tərcümeyi halından məluma olur ki. İcra başçısı 08.03.1981-ci ildə anadan olub.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə
bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq”
üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.
İcra başçısı təyinatınadək 11.12.2020-ci il tarixindən
14.09.2021-ci il tarixinədək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması
şöbəsinin müdiri vəzifəsində çalışıb.
23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda
səmərəli fəaliyyətinə görə “Tərəqqi medalı” ilə təltif olunub.
Prezidentin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100
illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
İcra aparatında
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində iki vəzifə,
ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi isə böyük məsləhətçi vəzifəsi, 48 nümayəndəliyin
isə 4 nümayəndə vəzifəsi vakantdır.
Mənbə: Meneviyyat.Az/