Kamboca və Tailand 24 saatlıq atəşkəs barədə razılığa gəlib – YENİLƏNİB
Kamboca və Tailand 24 saatlıq atəşkəs barədə razılıq əldə edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib.
Qeyd olunub ki, iki nümayəndə heyəti arasında Kuala-Lumpurda aparılan danışıqlar bir neçə saat davam edib.
12:05
Malayziyada Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay və Kamboca hökumətinin başçısı Hun Manet arasında sərhəd münaqişəsinin həlli ilə bağlı danışıqlar başlayıb.
“Report” xəbər verir ki, bu barədə Asiya KİV-i məlumat yayıb.
Bildirilib ki, görüş Putracayya şəhərində keçirilir.
Mənbə: Report.Az