“İmişli” iki futbolçusu ilə yeni müqavilə bağlayıb
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “İmişli” 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Klubdan “Report”a verilən məlumata görə, Elmir Rəhimzadə ilə birillik, Lətif Rzayevlə isə 2 illik yeni sözləşmə bağlanıb.
Qeyd edək ki, hər iki futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Mənbə: Report.Az