İDMAN

Lukas Paketa bəraət qazanıb

İngiltərə Futbol Assosiasiyası (FA) mərc oyunları ilə bağlı qaydaları pozmaqda ittiham olunan ingilis “Vest Hem” klubunun braziliyalı yarımmüdafiəçisi Lukas Paketanı bəraət qazandıracaq.

“Report”un məlumatına görə, bu barədə “Times” qəzeti xəbər verir.

Mənbənin məlumatına görə, oyunçu müstəqil tənzimləyici komissiya tərəfindən bəraət qazanıb və qərar növbəti həftə elan edilməlidir.

FA-nın 1 milyon funt sterlinqə qədər ola biləcək məhkəmə xərclərini öz üzərinə götürəcəyi gözlənilir.

Bundan əvvəl FA-nın tövsiyəsinə əsasən, futbolçu təqsirli bilinsə idi onu ömürlük diskvalifikasiya gözləyirdi.

Paketa “Lester” (12 noyabr 2022-ci il), “Aston Villa” (12 mart 2023-cü il), “Lids” (21 may 2023-cü il) və “Bornmut” (12 avqust 2023-cü il) ilə matçlarda qəsdən sarı vərəqə almaqda şübhəli bilinirdi.

Futbolçunun 27 yaşı var. O, 2022-ci ildən London klubunda çıxış edir. Ötən mövsümdə müxtəlif turnirlərdə 36 oyun keçirib və 5 qol vurub. Braziliya millisində 55 oyun keçirən Paketa 11 qol vurub. Milli komandanın tərkibində o Amerika Kubokunu (2019) qazanıb, həmçinin turnirin gümüş mükafatçısı (2021) olub.

Mənbə: Report.Az