Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə Umerov rəhbərlik edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün nümayəndə heyətinin formalaşdırılması ilə bağlı tapşırıq verib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edəcək.
Nümayəndə heyətinə Ukrayna kəşfiyyatı, Xarici İşlər Nazirliyi və Prezident Ofisinin nümayəndələri daxil olacaq.
Mənbə: Report.Az