DÜNYA

Vyetnamda turist gəmisinin batması nəticəsində 38 nəfər ölüb

Xilasetmə xidmətləri Vyetnamın şimalında Cənubi Çin dənizində Halong körfəzində turist qayığının batması nəticəsində ölən daha 4 nəfərin cəsədini tapıb.

“Report” xəbər verir ki, bu barədə VTC xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, faciə nəticəsində ölənlərin sayı 38-ə çatıb.

İyulun 20-də səhər saat 7:00-a (Bakı vaxtı ilə 03:00) operativ qərargahdan beş nəfərin hələ də itkin düşdüyü barədə məlumat daxil olub.

Qəza yerində axtarış-xilasetmə işləri gecə ərzində güclü külək və yağışla müşayiət olunan əlverişsiz hava şəraitində davam etdirilib. Ölənlərin və yaralıların axtarışına kömək etmək üçün 30-u dalğıc da daxil olmaqla 1000-ə yaxın insan səfərbər edilib. Batan gəmi yedəyə alaraq sahilə çıxarılıb.

Mənbə: Report.Az