Bələdiyyə sədri yeni vəzifəyə təyinat alıb
Bələdiyyə sədri yeni vəzifəyə təyinat alıb
Sabunçu rayonu Ramana bələdiyyəsinin sədri Rəcəb Məmmədov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyevin müvafiq əmri ilə Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi təyin edilib.
Rəcəb Məmmədov Ramana bələdiyyəsinin sədri seçilməmişdən əvvəl Sabunçu rayonun ərazisində bir sıra məsul vəzifələrdə çalışıb. Cari ildə bələdiyyə seçilərinə qatılaraq yüksək səslə Ramana bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdi.
Əlavə edək ki, Sabunçu MKTB paytaxt rayonları arasında zəngin maddi-texniki bazaya sahib olan birliklərdəndir.
Belediyye.infoya daxil olan digər bir məlumata görə, Ramana bələdiyyəsinin bu gün keçirilən iclasında təyinatla əlaqədar Rəcəb Məmmədov bələdiyyə sədri vəzifəsindən azad edilib.
İclasda təşkilati məsələyə baxılaraq bundan əvvəl sədr müavini vəzifəsində çalışan Cingiz Məmmədov Ramana bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Cingiz Məmmədov ona göstərilən etimada görə, bələdiyyə üzvlərinə təşəkkürünü bildirib.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/