DÜNYA

Lebedev Ermənistanın MDB-dən çıxmasını istisna edib

Ermənistanın MDB-ni tərk etmək istəyi ilə bağlı heç bir siqnal olmayıb, belə bir variant istisna edilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu MDB-nin İqtisadi Şurasının 106-cı iclasında təşkilatın baş katibi Sergey Lebedev bildirib.

“Mən bu variantı tamamilə istisna edirəm, Ermənistanın MDB-dən çıxmaq niyyətində olduğuna dair heç bir əlamət yoxdur – eyni şeyi Azərbaycan haqqında da demək istəyirəm”, – deyə o, Ermənistanın təşkilatdan çıxma ehtimalı ilə bağlı suala cavab verib.

Məlumat yenilənir

Mənbə: Report.Az