GÜNDƏM

Aydın Quliyev 65 yaşını qeyd edir – BDM sədri İsmayıl Ağayevdən səmimi təbrik

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və çoxsaylı diaspor ailəsi adından Azərbaycan mətbuatının tanınmış simalarından biri, öz dəsti-xətti və peşəkarlığı ilə media sahəsində seçilən, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik.

Aydın müəllim, illərdir Azərbaycan jurnalistikasına verdiyi töhfələr, qərəzsiz və obyektiv yanaşmaları, jurnalist etikasına sədaqəti ilə həm oxucuların, həm də həmkarlarının rəğbətini qazanıb. O, sadəcə bir baş redaktor deyil, həm də media sahəsində bir məktəb, bir örnək şəxsiyyətdir. Peşəkar və prinsipial mövqeyi ilə həmişə mətbuat ailəsinin inkişafına töhfə verən Aydın müəllimə uzun ömür, möhkəm can sağlığı və yaradıcılıq enerjisinin tükənməməsini arzulayırıq.

Beynəlxalq Diaspora Mərkəzinin ailəsi olaraq, Aydın Quliyev kimi dəyərli ziyalını 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, fəaliyyətində uğurlarının davamlı olmasını diləyirik.

Hörmətlə,
BDM sədri İsmayıl Ağayev