BƏLƏDİYYƏ

Bələdiyyə sədri sakinlərlə görüşdü, problemlərini dinlədi

Bələdiyyə sədri sakinlərlə görüşdü, problemlərini dinlədi

Ağsu
rayonu Növcu bələdiyyəsinin yeni seçilən sədri Niyaməddin Dəmirov bələdiyyə  üzv və qulluqçularının iştirakı ilə sakinlərlə
görüşlər keçirib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Sakinlərlə görüşlərdə sədr Niyaməddin Dəmirov
bələdiyyənin ötən dövrdə ki fəaliyyətinə toxunaraq vətəndaş-bələdiyyə münasibətlərinin
tənzimlənməsi, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyə tərəfindən
ciddi layihələrin icrası nəzərdə tutulduğunu bildirib.

Bələdiyyə üçün yeni dövrün başlandığını
qeyd edən sədr sakinlərə bələdiyyənin üzləşdiyi problemlərin həllinə hər bir
sakininin öz töhfəsini verməyi, xüsusən də vergiləri vaxtında ödəməyi tövsiyə edib.

Görüşlərdə sədr bələdiyyənin vergi-uçot sisteminin təkmilləşdirilməsinə
ehtiyac olduğunu xüsusilə qeyd edib.

Sonda bələdiyyə sədri görüşdə iştirak edən sakinləri
narahat edən sualları  cavablandırıb.

Əlavə edək ki, Növcü bələdiyyəsinin 11 nəfər
üzvü var və Niyaməddin Dəmirov cari ildə keçirilən bələdiyyə seçkilərinə ilk dəfə
qatılaraq bələdiyyə üzvü, iyun ayında isə Növcü bələdiyyəsinin sədri vəzifəsinə
seçilib.

Xatırladaq ki, birləşdirmə nəticəsində Növcü
bələdiyyəsinə  Ərəbsarvan,  Ərəbmehdibəy. Göydəlləkli,  Çiyni VƏ    Xəlilli bələdiyyələri birləşdirilib. 

Belediyye.info





Mənbə: Meneviyyat.Az/