DÜNYA

Slovakiya Rusiyaya qarşı sanksiyaları bloklamayacaq

Slovakiya Rusiyaya qarşı Avropa sanksiyalarının 18-ci paketinin qəbul edilməsini bloklamayacaq.

“Report”un məlumatına görə, bu barədə ölkənin baş naziri Robert Fitso “Facebook” sosial şəbəkəsində dərc edilmiş videomüraciətində bildirib.

“Mən Avropa İttifaqındakı nümayəndələrimizə 18-ci sanksiyalar paketinə yol açmaq üçün təlimat verirəm”, – baş nazir bəyan edib.

Fitso qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaları bloklamağa davam etmək Avropa Komissiyası ilə enerji resursları üzrə danışıqlar kontekstində əks-məhsuldar addım olar.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalarla bağlı müzakirələr iyulun 18-də keçiriləcək.

Mənbə: Report.Az