DÜNYA

Rubio: Trampın Rusiya-Ukrayna münaqişəsinin həllində prioriteti danışıqlardır

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirlərinə bildirib ki, prezident Donald Trampın Rusiya-Ukrayna münaqişəsində prioriteti danışıqlar yolu ilə davamlı nizama nail olmaqdır.

“Report”un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

“Bu gün ABŞ dövlət katibi Marko Rubio Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə Yaxın Şərqdə sabitliyin gücləndirilməsi, həmçinin İranın nüvə silahı yaratmasının və ya əldə etməsinin qarşısının alınması məsələlərini müzakirə edib. Rusiya ilə Ukrayna arasındakı müharibəyə gəlincə, dövlət katibi vurğulayıb ki, prezident Trampın prioriteti danışıqlar yolu ilə davamlı nizam vasitəsilə müharibənin dayandırılması olaraq qalır”, – bəyanatda qeyd olunur.

Mənbə: Report.Az