Bələdiyyə sədri: “Ağalıq bələdiyyəsi olaraq sakinlərə xidmət etməkdən qürur duyuruq”
Bələdiyyə sədri: “Ağalıq bələdiyyəsi olaraq sakinlərə xidmət etməkdən qürur duyuruq”
“Ağalıq bələdiyyəsi olaraq sakinlərə xidmət etməkdən qürur duyuruq. Hər atdığımız addım məhz seçicilərin sosial- rifah halının yaxşılaşdırılmasına yönəlib” – bu fikirləri Belediyye.infoya Şabran rayonu Ağalıq bələdiyyəsinin sədri Elnur Beybalayev deyib.
Sədr bildirb ki, hazırda fəaliyyətimizin əsas istiqamətlərindən biri ərazidə təmizlik işlərinin aparılmasına nail olmaqdır. Təzəkənd və Ağalıq kəndlərində maşın-mexanizmlərin dəstəyi ilə ərazidə təmizlik işləri aparılmaqdadır.
Təzəkənd qəbirstanlığında zibil quyular təmizlənərək genişləndirilib. O cümlədən hər iki kənd ərazisində yeni tullantı quyuları qazılaraq istifadəyə hazır vəziyyətə gətirilib.
Bununla yanaşı ərazilərə küçə və məhəllələrdə olan zibil tullantıları daşınaraq təmizlənib.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/