BƏLƏDİYYƏ

Reallıqlar göstərir ki, biz düzgün yoldayıq

Reallıqlar göstərir ki, biz düzgün yoldayıq

Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir.

Azərbaycan Prezdentinin sistemli düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti ölkənin davamlı inkişaf etdirmək bacarığı regiyonların inkişafına göstərdiyi  diqqət ötən illərdə olduğu kimi qarşıdakı illərdədə Dövlət proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə  yetirilməsini və bölgələrin tarazlı inkişafını təmin edəcəkdir.

Muxax Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, Bələdiyyələrlə iş Mərkəzinin təklif və tövsiyyələrindən,Şəki Regional Ədliyyə  İdarəsinin təklif və tövsiyyələrindən, bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadənin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.

Bələdiyyələrdə aparılan işlərin səmərəlliyi də bütövlükdə ölkədə həyata keçirilən uğurlu siyasi,iqtisadi,sosiaı siyasətin nəticələrindən asılıdır.

 Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, əraidə səliqə-sahman işlərinə yönəldirik. Ümumiyyətlə, Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəlikləri  ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmaqla işlərimizi davam etdiririk.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Muxax Bələdiyyəsi 2025-ci ilin 6 ayı ərzində gördüyü işlər haqqında hesabatını ictimaiyyətə təqdim edir.

2025-ci ilin 6 ayı ərzində Muxax bələdiyyəsində 11 iclas keçirilmişdir, həmin iclaslarda 49  məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

 6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 37 ədəd ərizə daxil olmuşdur. Ərizələrin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması  ilə bağlı olmuşdur.Bələdiyyəyə müraciət edən vətəndaşların əksəriyyətinin xahişləri tərəfimizdən  qanunvericiliyə müvafiq olaraq həll edilmişdir.

 6 ay ərzində 48 nəfər bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müraciətlərin əksəriyyəti komissiyalar bələdiyyənin mütəxəssisləri tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.

6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 57 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar verilmişdir.

Bələdiyyədə 2025-ci ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa  uyğun qaydada qurulmuşdur.Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq  və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır. 

 Maliyyə imkanlarımız əsasında 2025-ci ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini  təmin etmişik.

-Zaqatala-Bakı şosse yolunun və Zaqatala Qax şösse yol kənarındakı yaşıllıq ərazisi kol-kosdan yabanı alaq otlarından təmizlənmiş yol kənarına həmişə yaşıl  ağaclar əkilmiş, yol kənarı ağacların ağardılması işləri görülmüşdür.

 -Tədbirlər planına əsasən Ulu öndərin 102 illik yubileyi ərazidə yüksək səviyyədə kecirilmiş tədbirlərdə  məktəb kollektivi, Muxax Mədəniyyət evi kitabxana kollektivi ziyalılar iştirak etmişdir.

-Mədəniyyət istirahət zonasına həmişə yaşıl ağaclarının əkilməsi təmin edilmişdir.

-Selbasan fındıq bağına gedən yolda təmir işləri aparımış yol qrederlə hamarlanaraq yaralı vəziyyətə salınmış,yol kənarına su kanalı cəkilmişdir.

-Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmək üçün Suvarma Sistemləri idarəsi rəhbərliyi ilə danışıqlar aparılmış bu sahə həmişə diqqət mərkəzində olmuşdur.  

– Şəhid ailələrinə,Əlillərə xəstələrə,tək kimsəsizlərə və  maddi yardımlar edilmişdir. 

-Rayonumuzda Dövlət əhəmiyyətli bayram tədbirlərinin yüksək səviyyədə kecirilməsində bələdiyyəmiz yaxından iştirak etmişdir.

-Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüşdür.

 -Kəndin bir necə yolunda təmir işləri aparılmış,bu işlər bundan sonra da davam etdiriləcəkdir.

-Ərazidə olan zibil tulantıları poliqonunda təmizlik abadlıq işləri aparılıb.

 -Muxax kənd idman meyadancasında təmir işləri aparılmış müxtəlif idman avadanlıqları alınaraq quradırılmışdır.

-Kənd daxili Zəyəm kəninin cay kənarında aibil tulantıları qiy qazılaraq basdərəlmış zibil tulantıları məhv edilmişdir.

          01.01.2025-ci il tarixə   1.157.40 manat   xərclənməmiş vəsait qalmışdır

         2025-ci ildə büdcəyə aşağıdakı  mənbələrdən pul vəsaiti daxil olmuşdur;

–         Torpaq satışından –                               6240.00 manat

–         Torpaq vergisi  –                                     9.675.63 manat

–         Əmlak vergisi –                                      4.156.98 manat

–         Torpaq  icarə haqqı –                              3594.27 manat

–         Ot satışı                                                  3662.55 manat

–         Fındıq satışından-                                    102.00 manat

–         Sənədləşmə üçün                                   2992.00 manat

–         Maliyyə sanksiyası                                      39.56 manat

           Gəlirlərin cəmi                                     30.462.99 manat

          01.01.2025-ci il tarixə   1157.40 manat   xərclənməmiş vəsait qalmışdır

  Bələdiyyənin 2025-ci ilin 6 ayı ərzində  xərcləri aşağıdakı kimi olmuşdur.

–         İşçilərə əmək haqqi ödənilmişdir                                      13105.12 manat

–         DSMF ödəmələr                                                                5120.39 manat

–         Yerli xəzinədarliq orqanına  vergi ödenişi                         1046.32 manat

–         Dəftərxana ləvəzimati və blanklarin alınmasına                 450.00 manat

 –         Elektirik  enerjisi sərfiyyatına                                            1671.50 manat

 –         Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən                  174.64 manat

–          Yanacaq idarənin təsərrüfat işlərinə                                    183.05 manat

 –        Onlayn xidmət haqqına                                                       -868.43 manat

–         Bank poçt xidmətinə                                                           -318.59 manat

–         Silahlı qüvvələrə                                                                 -300.00 manat

–         Maddi yardım tək kimsəsizlər şəhid ailələri                       -1890.00 manat

–         Mədəni kütləvi tədbirlərə idmana                                        -700.00 manat 

–         Mini futbol yarışlarına                                                          -300.00 manat

–         Abadlıq işlərinə   xidmət haqqına 14-25 faiz                       -123.20 manat

–         Abadlıq işlərinə yol kənarı ağacların ağardılması                -838.90 manat

–         Abunə aidit və AKBMA                                                          858.40 manat

–         DƏDRX-nə dövlət rüsum xidmət haqqına                          -3326.64 manat                 

           Xərclərin cəmi                                                               31275.18 manat  

        01.07.2025-ci il tarixə 345.21 manat xərclənməmiş vəsaitimiz qalıb

          Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Bələdiyyə üzvlərimiz seçicilərin qarşısındakı məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Muxax Bələdiyyəsinin fəaliyyəti ilə maraqlanan istənilən şəxs bələdiyyənin rəsmi (facebook,instaqram) internet səhifəsindən və  dolğun məlumat ala bilərlər.

Bundan başqa bələdiyyə binasında məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq təmin edilsin.

Bütün bu sadaladıqlarımla yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən problemlərimiz  qalmaqdadır.Vətəndaşların bələdiyyəyə ötən illərdən qalan həyətyanı satışından olan,pay torpağından olan  və əmlak vergi borcları var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Çox təssüflər olsun ki,bu ilin 6 ayın yekunları da qənaətbəxş olmamışdır.Bunun da əsas səbəbi DƏDRX-nin bələdiyyələr tərəfindən verilən həyətyanı torpaq sənədlərinin vaxtında başa catmaması səbəbindən alqı-satqı işləri aparılmamış 6 ayın yekunları kəsirlə yerinə yetirilmişdir.Ona görə də biz calışırıq ki, əhali ilə aramızda narazılıq yaratmadan müvafiq qaydada vergi toplanmasına nail olaq.Şükürlər olsun ki bu işləri də cətinliklədə olsa yoluna qoya bilirik.Maliyyə hesabatında da bunu görmək mümkündür.

 Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Bildiyiniz kimi BAMS proqramı hal-hazırda tam olaraq işlək vəziyyətdədir.BAMS proqramı bələdiyyələrinin işinin irəli getməsində vergilərin toplanmasında çox böyük köməyi olmuşdur. Bu sistem bizə imkan verir ki,vergiləri qısa müddət  ərzində hesablanmasını həyata keçirək.Vergilərinizi Muxax istənilən “Azərpoçt” şöbələrində və digər ödəniş saytlarından  Muxax bələdiyyəsinin büdcəsinə ödəyə bilərsiniz.Məlumat üçün bildirim ki,e-belediyye. az portalı istifadəyə verilmişdir ki,vergi ödəyicilərimiz rahatlıqla həmin portaldan da istifadə edərək öz vergiləri ilə tanış ola ödənişlərini sərbəst şəkildə həyata kecirə bilərlər.

 Muxax  Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri siz secicilərimizlə birlikdə  layiqincə yerinə yetirəcəkdir.

 Bələdiyyəmiz bundan sonra da nəyinki rayon səviyyəsində, Respublika səviyyəsində sayılıb seçilən bələdiyyələrdən biri olacaqdır. 

 Mən şübhə etmirəm ki, Muxax bələdiyyəsi bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün nəzərdə tutduğumuz planlarımız,layihələrimiz  həyata keçiriləcəkdir. Sizə verdiyimiz bütün vədlər yerinə yetiriləcəkdir. Secicilərimizə söz verdiyimiz bir dənə də yerinə yetirilməyən vədimiz olmayacaqdır. Bu gün Muxax bələdiyyəsinin reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 

Elvin  Vidadi oğlu Yusubov 

Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri                 

Mənbə: Meneviyyat.Az/