Yamalın ad günü qadağalarla keçiriləcək
“Barselona” futbol klubunun ulduzu Lamin Yamal adı Kataloniya klubu ilə tez-tez hallanan Niko Uilyams ilə birgə təntənəli ad günü mərasimi keçirməyə hazırlaşır.
“Report” İspaniya mətbuatına istinadən xəbər verir ki, millinin hər iki üzvü eyni gündə – iyulun 12-də anadan olub.
Həmin gün Yamalın 18, Uilyamsın isə 23 yaşı tamam olacaq.
Mətbuat yazır ki, İbiza adasında keçiriləcək tədbirdə müğənni Bad Gyal çıxış edəcək. Son zamanlar mətbuat Yamal ilə müğənninin “isti münasibətləri” haqda bir sıra yazılar dərc edib.
Maraqlıdır ki, tədbirin keçiriləcəyi məkan və dəqiq vaxt barədə məlumat gizli saxlanılır. İspaniya mətbuatı bildirir ki, bu barədə qonaqlara 1 gün əvvəl məlumat veriləcək.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, tədbir iştirakçılarının mobil cihazları “ciddi nəzarət altında olacaq”.
Mənbə: Report.Az