İDMAN

“Liverpul” 20 nömrəli formanı dövriyyədən çıxardı

“Liverpul” futbol klubu Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb.

“Report” xəbər verir ki, bu barədə mersisaydlıların saytında yer alan məlumatda deyilir.

Qeyd edəki ki, bu gün yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu “Liverpul”da 20 nömrəli formanı geyinirdi.

“20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”, – bəyanatda qeyd edilib.

Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.

Mənbə: Report.Az