GÜNDƏM

Rusiyada Azərbaycan əleyhinə addımlara hazırlaşırlar – KİV

Rusiya Azərbaycan əleyhinə mümkün hərəkətlərə hazırlaşır.

Turkustan.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, razılaşdırılmamış anti-Azərbaycan aksiyaları zamanı yerli millətçi qruplar da xüsusi nəzarətə götürüləcək.

Bu səbəbdən Rusiya hakimiyyəti nəzarəti gücləndirib. Təhlükəsizlik qüvvələri mümkün kütləvi nümayişlərlə bağlı qabaqlayıcı tədbirlər həyata keçirir və sosial şəbəkələri izləyir.

“Müxtəlif millətçi təşkilatlar indi fəallaşa bilər. Biz onlarla sərt mübarizə aparacağıq”, – Vlast resursu FSB-yə yaxın bir insayderdən sitat gətirib.

Rusiya tərəfi Azərbaycan diasporunun mümkün aksiyalara hazırlaşacağından da ehtiyatlanır. Ancaq bildirilir ki, hazırda bununla bağlı heç bir əlamət yoxdur. /Globalinfo.az/









Mənbə: Turkustan.Az