Beynəlxalq Diaspora Mərkəzində (BDM) yeni departamentlərin təsis olunması ilə bağlı geniş tərkibdə iclas keçirildi
1 iyun 2025-ci il tarixində Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində iclas keçirildi. İclasın əsas məqsədi BDM İdarə Heyətinin qərarına əsasən 2025-ci il fəaliyyət planına uyğun olaraq yeni departamentlərin təsis olunması olmuşdur.
bdmxeber.az xəbər verir ki, iclası giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev beynəlxalq diaspora fəaliyyəti sahəsində özünün 18 illik təcrübəsi və gördüyü işlər barədə geniş məruzə ilə çıxış etdi. İ.Ağayev daha sonra BDM ailəsinə yeni qoşulan üzvləri və mərkəzin nəzdində yaradılmış yeni departamentlərin rəhbərlərini və onların müavinlərini təbrik etdi. O, departamentlərin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək gələcək hədəfləri açıqladı.
İsmayıl Ağayev tədbir iştirakçılarına yeni təsis olunmuş departamentlərin və onların rəhbərlərinin adlarını elan etdi:
-
Alı Alıyev – BDM-in “Ağsaqqallar Şurası Departamenti”nin rəhbəri
-
Abdullayeva Rəhilə Abdulla qızı – “Qərbi Azərbaycanlılarla Əlaqələr Departamenti”nin rəhbəri
-
Hüseynova Elmira Məmməd qızı – “Mədəniyyət Departamenti”nin rəhbəri
-
Həsənov Tofiq Cəmil oğlu – “Hərbi-Vətənpərvərlik İşləri üzrə Departament”in rəhbəri
-
İsmayılov Ramal Ramin oğlu – “Gənclər Departamenti”nin rəhbəri
-
Rəşad İdris oğlu – “Mədəniyyət Departamenti”nin müavini
-
Şirinova Qızbəz İmran qızı – “Şəhid və Qazi Ailələri ilə İş və Sosial Dəstək Departamenti”nin rəhbəri
-
Zəkiyyə Həziyeva – Sədrin müşaviri
-
İsmayılov Tariyel – “Gənclər Departamenti”nin müavini
-
Abdullayev Ömər – “Gənclər Departamenti”nin müavini
-
Ağayev Habil – “Logistika Departamenti”nin rəhbəri
-
Tağıyeva Hicran – “Şəhid və Qazi Ailələri ilə İş və Sosial Dəstək Departamenti”nin müavini
-
Abbasova Ziyafət – Həmin departamentin köməkçisi
-
Qəhrəmanova Ləman – “Mədəniyyət Departamenti”nin müavini
İclasın davamında söz Beynəlxalq Diaspor Mərkəzinin sədrinin birinci müavini Dr. Ceyhun Şakiroğluna verildi. Ceyhun Ağayev öz çıxışında yeni yaradılan departamentlərin rəhbərlərinə uğurlar arzuladı. O, departament rəhbərlərinin gələcək fəaliyyət proqramları haqqında danışaraq vurğuladı ki, bütün əməkdaşlar, xüsusilə də departament rəhbərləri BDM-in rəsmi internet portalı olan bdmxeber.az ilə sıx əməkdaşlıq etməlidirlər. O, BDM üzvlərinin sayta müsahibə və analitik məqalələr təqdim etmələrinin vacibliyini qeyd etdi.
Tədbirin sonlarına yaxın BDM-in “Mədəniyyət Departamenti”nin rəhbəri Elmira xanım Hüseynova söz alaraq bildirdi ki, həmin gün İsmayıl Ağayevin doğum günüdür. Bütün BDM ailəsi İ.Ağayevi ürəkdən təbrik etdi və onu xüsusi olaraq hazırlanmış tort və şirniyyat süfrəsinə dəvət etdi. İsmayıl Ağayev başda Elmira xanım olmaqla bütün BDM üzvlərinə göstərilən diqqətə görə təşəkkür etdi.
Təbrik edənlər sırasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl oğlu Bakuvi də yer aldı. O, çıxışında BDM və İsmayıl Ağayev haqqında geniş fikir bildirib, onu təbrik etdi. Eyni zamanda, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev də təşkilat adından İsmayıl Ağayevə və rəhbərlik etdiyi Beynəlxalq Diaspor Mərkəzinə uğurlar arzuladı.
Bundan başqa, 1990-cı illərin 13.000 şəhid ailələri adından şəhid xanımı Tağıyeva Hicran, şəhid övladı Şirinova Qızbəz və şəhid bacısı Abbasova Ziyafət tərəfindən İsmayıl Ağayevə diplom və fəxri fərman təqdim olundu.
Tədbirin sonunda yeni departament rəhbərlərinə rəsmi əmrlər və vəsiqələr təqdim olundu, daha sonra xatirə şəkli çəkildi.