“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib – FOTOLAR
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində Beyləqan şəhərində Qərbi Azərbaycanlı soydaşlarla növbəti dəyirmi masa fəaliyyətini icra edib.
QHT.az xəbər verir ki, layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiya çərçivə sənədi təqdim olunub.Sənədin təqdimatında əsas məqsəd bu sahədə fəaliyyət göstərən icma üzvlərinin rəylərini almaq və beynəlxalq təqdimat zamanı üstünlük veürilməsi məqsədə uyğun hesab edilən tezisləri əldə etməkdir.
Qərbi Azərbaycan icmasının Beyləqan rayonu üzrə sədri Abbasov Bilman,icmanın sədr müavini Yusif Əliyev çıxış edərək belə bir layihənin əhəmiyyətli olduğunu bildirmişlər.Beyləqanda yaşayan 17 minə yaxın Qərbi Azərbaycan kökənli sakin olduğunu və hər birinin gələcəkdə öz ata-baba torpaqlarına qayıtmaq arzusunda olduğunu bildirmişlər.
Təqdimatlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri,hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş müzakirəlıər aparılmışdır.
Dəyirmi masada icma üzvləri tərəfindən çıxışlar edilmış və təkliflər səsləndirilmişdir.
Tədbirdə QHT,Qərbi Azərbaycan İcması və dövlət orqanları arasında əməkdaşlıqların dərinləşdiririlməsi,Beynəlxalq sahədə təbliğat və təşviqat işlərinin gücləndirilməsi,gənclər,orta məktəb şagirdləri arasında Qərbi Azərbaycanda ata-baba torpaqların olması və onların adlarının,mədəni irsinin,milli ənənələrinin qorunması istiqamətdə geniş işlərin aparılması təklif edilmişdir.
Layihə çərçivəsində növbəti fəaliyyət Bakı şəhərində keçiriləcək yekun konfransla bitəcəkdir.
Mənbə: Turkustan.Az