BƏLƏDİYYƏ

Günel Ağayeva Nohurqışlaq bələdiyyəsinin sədri seçilib

Günel Ağayeva Nohurqışlaq bələdiyyəsinin sədri seçilib

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən bu günlərdə Nohurqışlaq bələdiyyəsinə  üzv seçilmiş şəxslərin iştirakı ilə  bələdiyyənin növbəti iclası keçirilib.

Qeyd edək ki,  Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinə Tüntül bələdiyyəsi də birləşdirilib.

On bir nəfərin iştirakı ilə keçirilən iclasın sədri bələdiyyənin ən yaşlı üzvü Aynur Abdulxalıqova gündəlikdə sədr və sədr müavinin seçilməsi məsələsinin olduğunu qeyd edib.

Günel Ağayeva yekdilliklə Nohurqışlaq bələdiyyəsinin sədri,  Samirə Əzizova isə sədr müavini vəzifəsinə seçilib.

Xanım sədr və sədr müavini onlara göstərilən etimada görə bələdiyyə üzvlərinə təşəkkürlərini  bildirməklə yanaşı, bu etimadı doğrulıtmaq üçün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Nohurqışlaq bələdiyyəsinin 11 nəfər üzvü var.

Qeyd edək ki, Günel Ağayeva bundan əvvəl Tüntül bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/