MƏDƏNİYYƏT

Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək.

Nazirlikdən “Report”a verilən xəbərə görə, qəbul iyulun 11-i saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində olacaq.

Həmin tarixdə Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.

Vətəndaşlar iyulun 7-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Mənbə: Report.Az