Təmraz Tağıyev: “Seçicilərimizə xidmət etmək müqəddəs borcumuzdur”
Təmraz Tağıyev: “Seçicilərimizə xidmət etmək müqəddəs borcumuzdur”
“Hazırda bələdiyyə ərazisində bir sıra layihələrin icrası davam edir. Bu günlərdə İslam Abışov küçəsində həyata keçirilən layihənin sonuncu mərhələsini başa çatdırdıq”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, üç hissədə həyata keçirilən layihə çərçivəsində küçəyə mərhələli şəkildə asfalt salınmış, piyadalar üçün gediş-gəlis hissəsi əsaslı təmir eidlmiş, kücə boyu ağaclar əkilmiş, vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilir və sulanır.
Sakinlərin müraciəti və Nərimanov RİH təşəbbüsü ilə həyata keçirilən layihənin icrası sakinlərin ürəyincə olub. Rayonun kənar ərazisində yerləşən küçə bu gün göz oxşayır.
Təmraz Tağıyev bildirib ki, bizim məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaq, onlara layiqincə xidmət etməkdir. Bu bizim bələdiyyə olaraq həm də müqəddəs borcumuzdur.
Sədr daha sonra qeyd edib ki, ilin sonundək təsdiq edilmiş proqrama əsasən rayonun digər ərazilərində də rayonda aparılan abadlıq- quruculuq işlərinə öz töhfəmizi verəcəyik.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/