Akif Səfərovun məhkəməsi keçirilir
Məhkəmə iclası qapalı elan edib.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, jurnalistlər məhkəmə zalından çıxarılıb.
Dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.
Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi “Kaspi” kafesinin sahibidir.
***
11:51
Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.
Mənbə: Turkustan.Az